Bayramlar

Bildiyimiz kimi, İngiloyların bəziləri müsəlman, bəziləri isə xristiandırlar.

Qaxın özündə və kəndlərində yaşayan İngiloyların əksəriyyəti  xristianlığın pravoslav təriqətinə mənsubdurlar. Onların bayramları: “Giorgoba”, “Mariyamoba”, “Ağdgoma” və s. adlanır, ən əsası isə “Kurmuxoba”dır. “Kurmuxoba” bayramını Qaxın Kürmux çayının ətrafındakı dağın ən yüksək zirvəsində inşa edilmiş Müqəddəs Georgi adına olan kilsənin yaxınlığında qeyd edirlər. Kilsəni 6 may və 23 noyabr tarixlərində ziyarət edirlər. Kimi qurban kəsir, kimi dua edir, kimi şənlənir, kimi güləşir və s.

Zaqatala və Balakən rayonlarında yaşayan İngiloylar isə müsəlman dininə ibadət edirlər. Onlar müsəlmanlığa aid olan bayramları qeyd edirlər. Məsələn: “Qurban bayramı”, “Ramazan bayramı” və s.  Azərbaycanın ümumi bayramı olan “Novruz bayramında” isə - bağ-bağçalarda, təbiətin qoynunda yığılıb şənlənirlər.

İngiloylar. Kilsə Bayramı.